ARTICLE
9 August 2024

HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATINA DAİR MÜHÜM DƏYİŞİKLİKLƏR

Bureau 28a

Contributor

Bureau 28a offers expertise in all areas of Azerbaijani law relevant to businesses, governments, not-for-profits, and individuals. We advise those from outside entering, already in, interested in, or exiting the market; assist those from Azerbaijan investing outside; and help bringing to those on the ground here best practices worldwide.
8 iyul 2024-cü il tarixində qüvvəyə minmiş Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununda Dəyişiklik Edilməsi barədə 21 may 2024-cü il tarixli...
Azerbaijan Antitrust/Competition Law

8 iyul 2024-cü il tarixində qüvvəyə minmiş Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununda Dəyişiklik Edilməsi barədə 21 may 2024-cü il tarixli 1155-VIQD nömrəli Qanun ilə qeydiyyat və reyestr qaydalarına əsaslı dəyişikliklər edilmişdir.

Qanun, yerli və xarici investorların qeydiyyat və əlaqəli prosedurları məsafədən icra etməsinə imkan verir. Həmçinin, elektron imza və digər müasir texnologiyalardan istifadə etməklə, qanunvericiliklə tələb olunan sənədlərin və məlumatların təqdimatının sürətləndirilməsini, ərizələrin elektron qaydada doldurulmasını və prosesin izlənilməsini asanlaşdırır.

Yeni əlavə edilən 5.8 maddəsinə əsasən, tamamilə ödənilmiş nizamnamə kapitalı barədə beş iş günü müddətində Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinə məlumat verilməlidir.

Qanun, sanksiya tətbiq edilməsi ehtimal olunan şəxslərə dair məlumatlarının tam şəkildə qeyd olunması tələbi də daxil olmaqla Hədəfli Maliyyə Sanksiyaları haqqında Qanun əsasında şəffaf və dəqiqliklə müəyyən edilməsi prosedurunu sadələşdirir. Qanunda xarici hüquqi şəxslərin qeydiyyatı ilə bağlı əlavə olunmuş müddəalar, sənədlərin konsul leqallaşdırılması və Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiqlənməsi üzrə tələbləri təsbit edilir.

Qanun, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı onların adlarına qanunvericiliyin genişləndirilmiş tələbləri nəzərə alınmalı (11.3.3-cü maddə üzrə) olduğunu müəyyən edir. Həmçinin, hüquqi şəxslərin nizamnamələrində (qanunvericilikdə icazə verilən hallar istisna olmaqla) dövlət orqanlarının səlahiyyətlərinin mənimsənilməsi və dövlət nəzarəti funksiyalarının nəzərdə tutulması qadağan olunur (11.3.2-1 maddə üzrə).

NİZAMNAMƏ KAPİTALININ ÖDƏNİLMƏMƏSİNƏ GÖRƏ CƏRİMƏLƏR

2024-cü ilin may ayı üzrə hüquqi yeniliyimizdə qeyd olunan dəyişiklik layihəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində Dəyişiklik Edilməsi haqqında Qanun ilə 16 iyul 2024-cü il tarixində qüvvəyə minmişdir.

Elektron Rəqabət İnformasiya Sistemi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2024-cü il tarixli 133 nömrəli Fərmanı ilə, rəqabət və istehlakçıların hüquqlarının qorunmasını daha səmərəli idarə etmək məqsədilə Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) əsası qoyulmaqla növbəti altı ay ərzində formalaşdırılması İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir.

ERİS-in tətbiq edilməsinə əsas məqsədlər, lakin bununla məhdudlaşmayaraq, müvafiq sahələrdə idarəetmənin təkmilləşdirilməsi, görülən işlərin səmərəliliyinin artırılması, müasir texnologiyalardan və vahid informasiya sistemindən istifadə etməklə xidmətlərin daha effektiv şəkildə icra edilməsi, habelə qanunvericiliklə tələb olunan sənədlərin və məlumatların əldə edilməsi prosedurunu sadələşdirmək olaraq müəyyən edilmişdir.

ERİS-in tətbiqi vasitəsi ilə, istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulu, emalı və lazımi sənədlərin və ya məlumatların digər dövlət orqanlarından (qurumlarından) real vaxt rejimində sorğu əsasında əldə edilməsi, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim olunması və beləliklə müvafiq məlumatların istifadəçilər üçün əlçatanlığının təmin olunması planlaşdırılır.

ERİS-in fəaliyyətinin təmin edilməsi istiqamətində onun aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməsi və “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Hökumət buludu”nda yerləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən sonra ERİS-in formalaşdırılması prosesinin başlanılması iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsi və iqtisadiyyatın inhisarsızlaşdırılması ilə rəqabətin stimullaşdırılmasına dair həyata keçirilən fəaliyyətin texnoloji sağlam mühitdə həyata keçirilməsinin təminatı olacaqdır.

The content of this article is intended to provide a general guide to the subject matter. Specialist advice should be sought about your specific circumstances.

See More Popular Content From

Mondaq uses cookies on this website. By using our website you agree to our use of cookies as set out in our Privacy Policy.

Learn More